AZ

Yeni haker üsulu aşkarlandı: İnstaqramı foto vasitəsilə qırmaq mümkündür

23e556f626d836e89baf70a1ef0babbd.jpg
25.09.2020 09:54

Hakerlər İnstaqram hesablarını foto ilə qırmağı öyrəniblər.

 

TED.az xəbər verir ki, bu barədə Check Point şirkəti məlumat yayıb.

 

Məlumata əsasən, şirkət əməkdaşları məşhur sosial şəbəkədə zəiflik aşkar ediblər. Hakerlər seçilən “qurban”ın cihazında saxlanılacaq xüsusi fotoşəkil göndəriblər. Bununla da hakerlər göndərilən və qəbul edilən bütün mesajları oxuya bilib, həmçinin paylaşımları silməyə də müəffəq olublar.

 

Platformanın sahibi olan Feysbuk problemi aşkarladıqdan sonra boşluğu aradan qaldıraraq tətbiqin yeni versiyasını işə salıb. Buna baxmayaraq, həmin problem proqramı yeniləməyən bir sıra istifadəçidə hələ də müşahidə olunur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox