AZ

Lufthansa mindən çox pilotu ixtisar edəcək

 

49b15e6e33840f6c52e0eedb53f0d65c.jpg
25.09.2020 21:49

Almaniyanın Lufthansa aviaşirkəti koronavirus pandemiyasının yaratdığı maliyyə çətinlikləri ilə əlaqədar 1,1 minə yaxın pilotu ixtisar edəcək.


TED.az-ın məlumatına görə, həmin pilotların bir hissəsi təqaüdə göndəriləcək.


Qeyd olunur ki, aviaşirkət pandemiya dövründə uçuşların dayanması ilə əlaqədar saatda təxminən 1 milyon avro itki ilə üzləşib.


Bir müddət əvvəl şirkət 22 min ştatı ixtisar etmək və 150 təyyarəni satışa çıxarmaq planlarını açıqlamışdı.

Dünya bölməsindən digər xəbərlər

Daha çox