AZ

Tvitterdə dünya trendinə düşmək üçün nə etməli? – Ekspert

7e4cdf200129e58d6f5839e85114a660.jpg
07.10.2020 16:27

Dünən həmvətənlərimiz Tvitterdə ABŞ və bir neçə başqa ölkədə #DontBelieveArmenia həştəqi ilə trendə düşməyi bacardılar. Bir neçə güc öncə isə Ermənistanın Gəncəni raket atəşinə tutması ilə #Ganja həştəqi də Amerika trendləri arasında 10-cu yerdə qərarlaşmışdı.

 

Bəs informasiyanı trendə çevirmək üçün sosial şəbəkənin hansı alətlərindən istifadə etmək lazımdır? Ümumiyyətlə, trendə düşmək ölkəyə nə qazandırır?

 

Mövzu ilə bağlı TED.az-a danışan sosial media üzrə mütəxəssis Orxan Rzayev xatırladıb ki, arxa cəbhənin informasiya müharibəsində iştirakı çox önəmlidir. Çünki dünya ictimaiyyətinin böyük hissəsi Azərbaycan-Ermənistan problemindən xəbərsizdir: “Bu günlərdə sosial şəbəkələrdə qarşılarına nə çıxırsa, təsəvvürləri də o cür formalaşır. Onlarda düzgün məlumat formalaşması üçün çalışmalıyıq. Ümumiyyətlə, həştəq funksiyası sosial şəbəkələr arasında ilk dəfə Tvitterdə yaradılıb. Tvitter sosial şəbəkəsinin əsas özəlliyi də elə budur. Hansısa mövzuda  danışanların bir həştəq altında, eyni siyahıda toplamasına xidmət edir. Dünən #dontbelivearmenia həştəqi xeyli məşhurlaşdı. Mən özüm də bu həştəqlə 7-8 tvit atdım. Bildiyim qədəri ilə 300 mindən çox tvit atıldı. Həştəq ABŞ və digər ölkələrdə  bir neçə saat trenddə qaldı. Bu, Tvitterin verdiyi imkandır. Birləşib eyni hədəfə vurduqda dünyada gündəm yaratmaq olur. ABŞ vətəndaşı girib trendi izləyəndə bununla qarşılaşacaq. Həmin saatda trenddə bir amerikalı siyasətçi, bir futbol klubu və #dontbelivearmenia həştəqi vardı. İstifadəçilər bu həştəqə daxil olduqda Ermənistanın yalanları barədə məlumatlarla qarşılaşacaqlar. Bu, çox önəmlidir”.

 

 

 

O.Rzayev bildirib ki, trendə düşərkən informasiyanın dolğun və dəqiq olmasına da diqqət etmək lazımdır: “Trend üçün həştəqdən istifadə edərkən söyüş və təhqirdən qaçmaq lazımdır. Bu, ziyanımıza işləyir. Əlimizdə ağıllı, düzgün, dolğun infoqrafikalar, erməni vəhşiliyi və yalanlarını göstərən şəkillər var. Bunlara riayət etmək və düzgün həştəqlərdən yararlanmaqla səsimizi dünyaya daha çox çatdıra bilərik. Dünən Azərbaycanın izləyicisi çox olan istifadəçiləri saat 13:00-da,  eyni vaxtda tvit atdılar. Birlik, məntiqli arqumentlər, məlumatlar paylaşmaq lazımdır. Bütün tvitlər eyni vaxtda atılanda trendə düşmək ehtimalı daha da artır”.

 

Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox