AZ

İqor Korotçenko: Ermənistan xüsusi təhlükəli cinayət törədən şəxsləri ön cəbhəyə göndərir

dfa3185aefa023638643b7ee4c6ee2a6.jpg
21.10.2020 12:07

“Bir sıra erməni “Telegram” kanallarında Ermənistanda xüsusi təhlükəli cinayətlər törətdiklərinə görə uzun müddətə azadlıqdan məhrum edilən məhkumlardan intihar dəstələrinin yaradılması barədə məlumatlar yayılıb. Onların cəbhədə ən şiddətli döyüşlərin getdiyi bölgələrə göndərilməsi planlaşdırılır."

 

TED.az xəbər verir ki, bunu Rusiyanın Milli müdafiə jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko öz Teleqram kanalında deyib.

 

O qeyd edib ki, əvvəlcə qadın taborları, indi cəza taborları yığılır: “Sonra da erməni qoşunlarının arxa hissəsinə onların geri qaçmamaları üçün baraj dəstələri?...”

TED + bölməsindən digər xəbərlər

Daha çox