AZ

iPhone istifadəçilərinin sayı milyarda çatdı

d94187577e183f462fd45c9425792953.jpg
29.10.2020 13:12

Məşhur analitik Neil Cybart 1 milyard insanın iPhone istifadəçisi olduğunu açıqlayıb.

 

TED.az xəbər verir ki, analitikin məlumatına görə, Apple şirkəti 2018-ci ildən bu günədək iPhone istifadəçiləri ilə bağlı hər hansı statistika yayımlamır. Mütəxəssislərin fikrincə, şirkət məhz iPhone satışları aşağı düşdüyü üçün statistikaları gizli saxlayır. 

 

Bununla yanaşı, analitik hesablamalar zamanı ikinci əl iPhone satışlarının nəzərə alınmadığını vurğulayıb. 

 

Qeyd edək ki, ehtimallara görə, ötən il bu göstərici 900 milyon civarında idi.

Dünya bölməsindən digər xəbərlər

Daha çox