AZ

Bərdəni atəşə tutan "Smerç" məhv edilib - VİDEO

 

7a25f15bf436c0fa5bd8f6b380b2ade0.jpg
30.10.2020 10:10

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

 

TED.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 29-u saat 15:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

 

Qeyd olunan reaktiv sistemin məhv edildiyi anın videogörüntüsünü təqdim edirik:

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox