AZ

AR və VR xərclərində sürətli artım olacaq - PROQNOZ 

 

0fa31b40cc729aa80ad8ead7be6ee1a6.jpg
19.11.2020 15:11

Bu sahə üzrə orta illik artımın 2020-2025-ci illər ərzində 54% olacağı gözlənilir. 

 

Pandemiyadan sonra qlobal miqyasda Genişlənmiş Reallıq (AR) və Virtual Reallıq (VR) xərclərinin artması sürətlənəcək. Bu il sözügedən sahə üzrə xərclərin 12 milyard dollara, 2024-cü ildə isə 72,8 milyard dollara çatacağı gözlənilir. 

 

TED.az xəbər verir ki, bu haqda IDC analitik şirkətinin mütəxəssisləri məlumat yayıblar.

 

Qeyd olunur ki, AR və VR xərclərinin beş il ərzində ortalama illik 54% artımı gözlənilir.

 

2024-cü ildə AR və VR-in ticari tətbiqləri arasında ən populyarı işin təşkili və məhsuldarlığı (bu seqmentdə xərclər 4.1 milyard dollar olaraq proqnozlaşdırılır), sənaye baxımı (4.1 milyard dollar) və pərakəndə satışda məhsul təqdimatı (2.7 milyard dollar) olacaq.

 

Oyunlar və video görüntülər isə əsas istehlakçı seqmentlər olaraq seçilib, ümumi dəyəri 17,6 milyard dollar olacağı bildirilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox