Yerli texnika mağazalarında hansı endirimlər var? - Qara Cüməyə sayılı günlər qaldı

Hər il noyabr ayının dördüncü cümə günündə bəzi dünya, xüsusilə xristian ölkələrində keçirilən Qara Cümə (Black Friday) endirim və alış-veriş həvəskarlarının bayramı hesab olunur. Böyük səbirsizliklə gözlənilən Qara Cümə keçən əsrdən bəri mövcuddur. Ənənəyə görə, bu gün bir çox brendlər və mağazalar məhsullarını çox aşağı qiymətlərlə satışa çıxarır. Əksər insanlar yeni il hədiyyələrini, elektronik əşyaları almaq üçün ilin bu gününü gözləyir. Bəs Azərbaycanlılar bu ənənəyə sadiqdirlərmi?
TED.az olaraq yerli texnika bazarının Qara Cümə ənənəsinə nə dərəcə uyduğunu araşdırdıq.
2020-ci ilin Qara Cüməsi noyabrın 27-ə təsadüf edir. Bir çox mağazalar həmin gündə endirim aksiyaları ilə həm PR işlərini həll edir, həm də vətəndaşları az-çox sevindirməyə çalışır.
Araşdırmamıza əsasən, Azərbaycanın bir neçə məşhur texnika mağazalarında Qara Cümə endirimləri mövcuddur
1. Kontakt Home
Kontakt Home mağazaları 25, 26, 27 noyabr tarixlərində 60%-dək endirimli məhsullar arasından seçim etmək imkanını təqdim edir. Mobil telefon, soyuducu, paltaryuyan, ev tekstili, tozsoran, kombi, mebellər və s. kimi bir çox kateqoriyada aksiya tətbiq olunub.
2. İrşad Electronics
İrşad Electronics Qara Cümə ilə əlaqədar 3 günlük kampaniya elan edib. Aksiya çərçivəsində smartfon, noutbuk, aksesuar, elektronika, məişət texnikası və bir çox məhsullara 60%-dək endirimli qiymətlərlə sahib olmaq mümkündür. Endirimli qiymətlər nağd, BirKart, AlbalıKart, BolKart, TamKart taksit kartları ilə alış zamanı keçərlidir. Həmçinin məhsulun endirimli qiymətini 3 aya hissəli şəkildə ödəyərək əldə etmək mümkündür.
3. Baku Electronics
“Baku Electronics” də dünya trendinə uyaraq, 25, 26 və 27 noyabr tarixlərində alıcılara nağd alışda endirimlər təklif edir.
Elektronika və məişət texnikası məhsullarına 70%-dək, tekstil və qab-qacaq məhsullarına isə 90%-ə çatan endirimlər tətbiq olunub.
Kampaniya çərçivəsində məhsulları daxili kreditlə ilkin ödənişsiz 24 ayadək faizsiz və üstəlik taksit kartları əldə etmək mümkündür.
4. Soliton
Soliton mağazalar şəbəkəsi də Qara Cümə ənənəsindən yan keçməyib. Mağazada bir çox elektron cihaza endirimlər tətbiq olunub. Soliton-da Qara Cümə kampaniyası 23 noyabrdan mövcuddur və 29 noyabra qədər davam edəcək. Məhsullara tətbiq olunan endirim 70%-ə qədər çatır.
Qeyd edək ki, hər 4 mağazada onlayn sifariş etmək mümkündür.
Fatimə ZÜLFİQAR
TED + bölməsindən digər xəbərlər
Samsung Galaxy S21 seriyasının yeni smartfonları təqdim edildi


Havanı karbon qazından təmizləyən sistem hazırlanıb


İran ballistik raketlərin sınaqlarını keçirdi


KamAz helikopterlə toqquşdu - VİDEO


Baydenin inaqurasiyasına qədər Feysbuk vasitəsilə kütləvi tədbirlər keçirilməsinə QADAĞA


BakuBus-da yeni rəhbər


Bu gün 402 nəfərdə koronavirus aşkarlanıb - AZƏRBAYCANDA


Ağdamın Şelli kəndi - VİDEO


WhatsApp istifadəçi müqaviləsi yeniləməsini TƏXİRƏ SALDI


Süni zəka nitqi anlamaqda insanları üstələdi


Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər - VİDEO


Kəlbəcər rayonunun Hacıkənd kəndindən videogörüntülər - VİDEO


Feysbuk və İnstaqram Trampın hesabını blokdan çıxartdı


Azərbaycanda vaksinasiya ilə bağlı elektron sistem yaradılacaq


Azərbaycanda 2 gün sonra vaksinasiyaya başlanılır - İLK OLARAQ KİMLƏRƏ VAKSİN VURULACAQ?


Siqnal messenceri "çökdü"


Mağazalar açılır


SMS icazə ləğv olundu


Kafe-restoranlar açılır — Vaxt bəlli oldu


Azərbaycanda karantin rejimi yumşaldılır


WhatsApp-ın yeni funksiyası YOLDA


Pandemiya dövründə bu sahədə gəlirlər artıb - AZƏRBAYCANDA


Koronavirusdan ölənlərin sayı 2 milyonu ötdü


Pfizer Avropaya peyvənd tədarükünü azaldır - SƏBƏB


Google Fitbit-i satın aldı - RƏSMİ


Minatəmizləmə Agentliyi yaradıldı - FƏRMAN


Həftənin ən çox oxunanları
Rusiya prezidenti İlham Əliyevlə görüş öncəsi təcili müşavirə keçirdi - Qarabağla bağlı detallar müzakirə olunub


Bakı metrosu fəaliyyətini nə zaman bərpa edəcək? - RƏSMİ AÇIQLAMA


Türkiyənin gələcəyini qurmaq istəyənlər üçün vakansiyalar - Səlcuq Bayraktar açıqladı


Yeni pul nişanlarında gizli elementlər yer alıb - Rəsmi


Bəzi ölkələrdə WhatsApp-dan imtina edilir - Türkiyədə var


WhatsApp skandalı mobil tətbiq bazarına bu cür təsir edəcək: "Ödənişsiz istifadə ediriksə, datalarımız satılır"


ABŞ kəşfiyyatı əlindəki bütün UNO sənədlərini cəmiyyətə təqdim etdi


Azərbaycanda 2 gün sonra vaksinasiyaya başlanılır - İLK OLARAQ KİMLƏRƏ VAKSİN VURULACAQ?


Koronavirus peyvəndinin ilk partiyası Azərbaycana gətirilib - RƏSMİ


Valyuta | Alış | Satış |