AZ

WhatsApp yanlış şəxsə mesaj göndərilməsinin qarşısını bu cür alacaq

 

 

817f368fbea0a75cc93ce3c17b02647f.jpg
02.12.2020 09:55

WhatsApp hər şəxs üçün ayrıca divar kağızı funksiyasını aktivləşdirib. Yenilik nəticəsində istifadəçilərin yanlış şəxsə mesaj göndərmələrinin qarşısı alınacaq.

 

TED.az xəbər verir ki, indiyə qədər WhatsApp istifadəçiləri bütün söhbətlər üçün yalnız bir divar kağızı seçə bilirdilər.

 

Yeni funksiyadan yararlanmaq üçün öncə divar kağızını dəyişəcəyimiz söhbətə daxil olmaq, sağ yuxarı küncündəki üç nöqtə ikonuna toxunmaq, açılan menyudan "divar kağızı"nı seçmək və "dəyişdir"i vurmaq lazımdır. Daha sonra açılan qalereyadan istədiyiniz divar kağızı seçə bilərsiniz.

 

Növbəti addım "divar kağızı qur" düyməsinə vurmaq və "Bu söhbət üçün" seçimini yoxlayaraq dəyişikliyi təsdiqləməkdir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox