AZ

Bəzi ölkələrdə WhatsApp-dan imtina edilir - Türkiyədə var

 

4eab7fc6aa30a08c152af0a2f4b5bb3c.jpg
11.01.2021 00:40

Bəzi ölkələrdə məxfilik siyasətinə görə WhatsApp-dan imtina edilir. 

 

TED.az xəbər verir ki, bu ölkələr arasında Türkiyə və Rusiya da var. Artıq rəsmi qərar da qəbul olunub. Hər iki ölkənin güc strukturlarında, ələxsus Müdafiə Nazirliklərində bu mesajlaşma xidmətindən imtina ediləcək. 

 

Qeyd edək ki, bir neçə gün öncə WhatsApp-dan yayılan açıqlamada dolayısıyla qeyd olunmuşdur ki, WhatsApp-dan istifadə edənlərin fərdi informasiyaları Feysbuka ötürüləcək. 

 

Məlum qərar bütün dünyada, o cümlədən Azərbaycanda istifadəçilərin böyük narazılığına səbəb olub.

 

Bir neçə dəqiqə öncə isə WhatsApp-dan yeni açıqlama yayıldı. Mesajlaşma xidmətindən əvvəlki qərarın məxfilik siyasətinə zidd olduğunu əsas göstərərək, məlumatların Feysbuka ötürülməyəcəyi bəyan edilib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox