Yerli şirkətlər sosial şəbəkələrdən necə istifadə etməlidir? - İMİCİN QORUNMASI
Hazırda sosial şəbəkələr insanların kütləvi toplaşdıqları yeganə məkan olduğu üçün müxtəlif şirkət və korporasiyalar tanıtımlarını bu istiqamətdə qurmağa çalışırlar.
Maraqlıdır, Azərbaycandakı şirkətlər sosial şəbəkələrdəki marketinq strategiyalarında hansı yanlışlara yol verirlər? Onlar imiclərinə xələl gəlməməsi üçün nələrə diqqət edilməlidirlər?
Mövzu ilə bağlı TED.az-a danışan marketinq mütəxəssisi Əfsun Qurbanov bildirib ki, sosial şəbəkələrin idarə olunmasında peşəkar yanaşma izlənilməlidir: "Bəzən şirkətlər işi kiçik agentliklərə, yaxud müstəqil işləyən fərdlərə həvalə edirlər. Onlar isə qeyri-peşəkar kontent ərsəyə gətirməklə, şirkətin imicinə zərər verə, çox səs-küyə səbəb ola bilirlər. Bu şirkətlərdə mərkəzləşdirilmiş piar kampaniyası, marketinq yanaşması, düzgün idarəetmə təsdiq monitorinq sistemi qurulmayıb. Hansısa kontent ərsəyə gətiriləndə bu kommunikasiya strategiyalarından kənar baş verməməlidir. Onun şirkətin kommunikasiyalara uyğun təsdiqlənmiş vahid kontent strategiyası olmalıdır ki, həmin növ və mesajlara üstünlük versin. Burada təsdiq mexanizmi mütləqdir. Çünki insan faktoru var. Orfoqrafik, qrammatik xətalardan tutmuş, dizayn yanlışına qədər, yaxud hansısa krizə səbəb ola biləcək problemlər çıxa bilər. Buna görə, kontent paylaşılmazdan öncə mütləq ələkdən keçməli, rəhbərlik səviyyəsində təsdiqini tapmalıdır. Yəni filtr sistemi mütləqdir. Çünki sosial media hazırda hamının çıxışı olan ünsiyyət vasitəsidir. Bu tip xətalar çox rahat şəkildə insanlar arasında yayıla bilir. Öncədən özümüzü sığortalamağa çalışmalıyıq. Şirkət mütləq bir böhran kommunikasiya strategiyasına sahib olmalıdır. O, köhnə səhvi aradan qaldırmaq üçün nə cür strategiya quracağını bilməlidir. Bu, müştərilərdən üzr istəmək, düzəliş etmək və s. şəklində ola bilər".
Lamiyə SÜLEYMANLI
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












