AZ

Realme GT 8 Pro kamerası ilə gündəmdə

9af2884fd0ddf56762a1c9fe3006c6b5.jpg
07.11.2025 15:30

Realme-nin flaqman modeli kimi təqdim etdiyi GT 8 Pro haqqında dizayn detallar və təsdiqlənmiş bəzi xüsusiyyətlər şirkət tərəfindən qlobal təqdimatdan əvvəl açıqlanıb. Keçən ay Çində tanıdılan bu model xüsusilə çıxarıla bilən kamera modulu sistemi ilə diqqət çəkir və yaxın zamanda beynəlxalq bazara da təqdim olunacaq.
 

 

Çıxarıla bilən kamera modulu ilə fərqlənir
 

 

Telefonun ən diqqətçəkən xüsusiyyəti — çıxarılıb fərqli üslublarda modellərlə dəyişdirilə bilən kamera çıxıntısıdır. İstifadəçilər qutudan hazır vəziyyətdə çıxan dairəvi modul ilə sadə bir görünüş əldə edə bilirlər.
 

 

Robot üslubunda metalik dizayn

Bu dairəvi modul çıxarıldıqda, altında gizlənmiş və çıxarılmayan robotu xatırladan metalik dizayn üzə çıxır. Qutudan əlavə olaraq kvadrat formalı ikinci modul da çıxır.Beləliklə, istifadəçilər qutudan çıxan anda üç müxtəlif dizayn variantından birini seçmək imkanına malik olurlar. Realme yalnız yüksək keyfiyyətli kamera modulları təqdim etmir, həm də texnologiyaya maraqlı istifadəçilərə öz 3D çaplı dizaynlarını yaratmaq imkanı verir.
 

 

Zərif və müasir dizayn

Cihaz dizayn baxımından yumşaq bucaqlı kənarları və düz metal çərçivəsi ilə seçilir. İki rəng variantı təklif olunur: ağ model fiberglas arxa səthə, mavi rəngli “Urban Blue” versiyası isə dəriyə bənzər təkrar emal olunmuş səthə malikdir.“Urban Blue” örtük həm barmaq izi saxlamaması, həm də tutma rahatlığını artıran teksturalı səthi ilə önə çıxır. Şirkət bu modeldə ekoloji təmiz boyalar və təkrar emal edilmiş materiallar istifadə etdiyini bildirir. Arxa panelin kiçik cızıqlardan təsirlənmədiyi qeyd olunur. Telefon 8.2 mm qalınlıqda və təxminən 220 qram ağırlığındadır.
 

 

Texniki xüsusiyyətlər və təsdiqlənən detalları
 

 

Realme bildirib ki, GT 8 Pro-nun qlobal versiyası Çin modelinin əsas texniki göstəriciləri ilə eyni olacaq. Təsdiqlənmiş xüsusiyyətlər arasında:

Snapdragon 8 Elite Gen 5 prosessoru,

2K çözünürlüklü və 144Hz yeniləmə sürətli ekran,

120W naqilli və 50W naqilsiz sürətli enerji doldurma dəstəyi olan 7000 mAh batareya yer alır.

Telefon həmçinin Realme UI 7.0 interfeysi ilə təqdim olunacaq. Şirkət hələlik bu flaqman modelin qlobal lansman tarixini açıqlamayıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox