AZ

iPhone Air 2 dizaynı sızdı!

a024236b545e6088a8980b8525980b79.jpg
07.11.2025 18:00

Apple-ın 2025-ci ildə təqdim etdiyi iPhone 17 seriyasına əlavə olunan ultra incə iPhone Air modelinin davamı üzərində işlər davam edir. Şirkətin növbəti nəsil modeli olacaq iPhone Air 2-yə aid yeni dizayn görüntüləri sızıb. Apple, ilk modelin satış gözləntilərini tam qarşılamamasına baxmayaraq, Air seriyasını davam etdirmək qərarına gəlib və bu dəfə kamera sistemində mühüm yeniliklər təqdim etməyə hazırlaşır.
 

 

Yeni dizayn və ikiqat kamera sistemi
 

 

Məlumata görə, hələlik “iPhone Air 2” adı ilə tanınan bu modelin dizaynında xırda dəyişikliklər olsa da, əsas diqqət kamera təkmilləşməsinə yönəlib. İlk iPhone Air modelindəki üfüqi kamera çubuğu dizaynı qorunur, lakin bu dəfə cihaz tək kamera yerinə iki arxa kamera sistemi ilə gələcək.Əldə olunan məlumatlara əsasən, yeni quruluş 48 MP əsas kamera və 48 MP ultra geniş bucaqlı linzadan ibarət olacaq. Bu dəyişiklik, cihazın fotoqrafiya imkanlarını əvvəlki nəslə nisbətən əhəmiyyətli dərəcədə artıracaq.Ön tərəfdə isə 6,5 düymlük yüksək yeniləmə sürətinə malik ekran və inkişaf etdirilmiş 3D üz tanıma sistemi yer alacaq.
 

 

İncəlik və yüngüllük qorunur
 

 

Seriyanın əsas cəlbedici xüsusiyyəti olan ultra incə və yüngül bədən forması Air 2-də də qorunacaq. Rəsmi təsdiq olmasa da, cihazın Apple A20 Pro prosessoru ilə təchiz ediləcəyi gözlənilir.
 

 

Buraxılış tarixi
 

 

iPhone Air 2-nin 2026-cı il model seriyasının bir hissəsi kimi — iPhone 18 Pro, 18 Pro Max və Apple-ın ilk qatlana bilən iPhone modeli ilə birlikdə təqdim ediləcəyi bildirilir. Seriyanın digər modelləri — iPhone 18 və 18e isə 2027-ci ilin əvvəlində satışa çıxacaq.

 
 
 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox