AZ

“ASAN Login” istifadəçilərinin sayı 3 dəfədən çox artıb 

 

47700c8b8f0e825dfde2a25bc7e2dd80.jpg
27.01.2021 17:00

“2020-ci ilin yekunlarına görə “ASAN Login” istifadəçilərinin sayı 2019-cu il ilə müqayisədə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib. “E-Gov.az” portalında 38 qurum tərəfindən təqdim edilən 443 elektron xidmət üzrə qeydiyyat sayı isə 175 min artaraq yekunda 1 milyon 266 min təşkil edib”.

 

TED.az xəbər verir ki, bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) ötən ilin yekunlarına həsr olunan hesabatında deyilir.

 

Qeyd olunub ki, inteqrasiya edilən sistemlərlə birgə 700-dən artıq elektron xidmətə çıxışı təqdim edən “myGov” portalında isə istifadəçi sayının 2019-cu illə müqayisədə 10 dəfə artaraq 433 minə çatıb: “2020-ci ildə “myGov”da xidmətlərdən istifadə sayı 2019-cu ilə nisbətən təqribən 15 dəfə artaraq 11 milyon 500 min təşkil edib. İl ərzində “myGov” portalı vasitəsilə vətəndaşlara 3 milyon 200 mindən çox bildiriş göndərilib”.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox