AZ

YouTube 2021-ci ildə bu YENİLİKLƏRİ təqdim edəcək

 

6d1edccea8c5da6d2ef8ae94abc1d93e.jpg
18.02.2021 11:34

YouTube rəsmisi Neal Mohan bu il platformada istifadəyə veriləcək yeni xüsusiyyətləri açıqlayıb.

 

TED.az xəbər verir ki, açıqlamaya görə, qısa video xüsusiyyəti dünya səviyyəsində gündəlik 3,5 milyarddan çox baxış əldə edə bilib.

 

Bu formatın beta versiyası ABŞ üçün mart ayından istifadəyə veriləcək.

 

YouTube video seqmentlərinin istifadəsini də genişləndirəcək. Çünki 2020-ci ildə platformada izləyiciləri bir kliklə izləmək istədikləri videonun müəyyən hissələrinə apararaq naviqasiyanı asanlaşdıran bölmələr təqdim edilib. YouTube tezliklə bu xüsusiyyəti daha aktual edəcək. Beləliklə, istifadəçi öz bölmələrini yaratmayıb yükləməsə də, əlaqəli videolara avtomatik bölmələr əlavə etmək mümkün olacaq.

 

YouTube TV yaxın gələcəkdə abunəçilərin proqramları 4K formatında izləməsinə və ya oflayn izləmək üçün DRV-ə yükləməsinə imkan verən əlavə seçim də təklif edəcək. 

 

YouTube Kids valideynlərə ana platformadan uşaqlarının baxış seçimlərinə xüsusi video və kanallar əlavə etmək imkanı verən seçim də təqdim edəcək. 

 

YouTube, həmçinin 2020-ci ildə alqışlama xüsusiyyətini test olaraq işə saldıqdan sonra bu il daha geniş istifadəsinə şərait yaradacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox