AZ

Azərbaycanda ən aktiv istifadəçisi olan sosial şəbəkə hansıdır?

 

343e07ce95b303c5ced52a758a09067e.jpg
01.03.2021 10:54

Sosial şəbəkələrin qlobal və Azərbaycan üzrə bazar payı açıqlanıb. “Global Stats” analitik şirkətinin məlumatına görə, bu ilin fevral ayında Azərbaycanda ən aktiv istifadəçisi olan sosial şəbəkə İnstaqram seçilib. 

 

TED.az xəbər verir ki, sözügedən şəbəkənin ölkəmiz üzrə bazar payı 22.78%-dir. 

 

İkinci sırada 22.22% bazar payı ilə Tvitter qərarlaşıb. YouTube sosial şəbəkəsi 20.23% bazar payı ilə üçüncü yerdə gəlir. Ondan sonra 18.57%-lə Feysbuk yer alıb. Pinterest 14.69%-lə beşinci, VKontakte 0.65%-lə altıncı sırada qərarlaşıb. 

 

Qlobal miqyasda isə ardıcıllıq belə gəlir: Feysbuk 71.97%-lə birinci, Pinterest 9.91%-lə ikinci, Tvitter 8.63%-lə üçüncü, YouTube 5.04%-lə dördüncü, İnstaqram 2.94%-lə beçinci və Reddit 0.57%-lə altıncı sırada yer alıb.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox