AZ

Rusiyada yuxusuzluqla mübarizə üçün eynək hazırlanır

3a07ca93e511bb90222ba4ca5e242cb4.jpg
18.05.2021 10:50

Rusiyanın “Tekhmash” konserni gələn il sirkad rejimini tənzimləyən xüsusi eynək istehsalına başlamağı planlaşdırır.

 

TED.az TASS istinadən xəbər verir ki, eynək yuxusuzluqla mübarizəyə və gündəlik bioritmləri bərpa etməyə imkan verəcək.

 

Eynəklər Samara Elektromexanika zavodunda istehsal olunacaq.

 

Qeyd edilir ki, “Blue Sky pro” eynəklərinin səhər 6-dan 10-a, axşam 14-dən 18-ə qədər buraxdığı işıq spektri günəş işığına bənzəyir. O, “daxili bioloji saat”dan məsul olan beyin hüceyrələrini aktivləşdirir. Nəticədə bədən gecə rejimindən gündüz rejiminə keçir.

 

Eynəyi yuxu və oyaqlıq dövrünü tamamilə bərpa etmək üçün göstərilən saatlarda gündə yarım saat taxmaq lazımdır.

 

Zavodun baş direktoru Vasili Muxin bildirir ki, eynəkdən yayılan işıq eyni zamanda saat qurşağını dəyişdirmə vərdişini asanlaşdırmalı və əhvalı yaxşılaşdırmalıdır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox