AZ

Türkiyədən S-400 açıqlaması: “Rusiya ilə əməkdaşlıq davam edəcək”

550be74effa37cb7685596dbaf6aff83.jpg
29.07.2021 17:46

S-400 məsələsi də daxil olmaqla Rusiya ilə hərbi-texniki əməkdaşlıq Türkiyənin ehtiyaclarını təmin edir, buna görə də əməkdaşlığımız davam edəcək.

 

TED.az -ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mücahit Küçükyılmaz deyib.

 

“S-400 məsələsində mövqeyimiz həmişə son dərəcə açıq olub. S-400 haqqında ictimaiyyətə dediklərimiz həqiqətən düşündüklərimizdir. İstər Qərb ölkələri, istərsə də Rusiya ilə danışıqlar zamanı mövzu barədə qeyd etdiyimiz detallar qüvvədə qalır”, - deyə o bildirib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox