AZ

Rəşad Nəbiyev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

 

d66024acca0cc2e03ddfbf7db9e681ca.jpeg
30.07.2021 10:57

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Minlə görüşüb.

 

TED.az xəbər verir ki, nazir bu barədə "Facebook" hesabında yazıb.

 

R. Nəbiyev bildirib ki, görüşdə Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, tranzit marşrutu üzrə hərəkət edən Çin-Avropa yük ekspressinin effektivliyinin artırılması, eləcə də nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

 

"Çin şirkətlərinin süni intellekt və böyük məlumatlar (big data) texnologiyaları sahəsindəki təcrübəsinin öyrənilməsi və həmin şirkətlərlə əməkdaşlığın qurulmasında maraqlıyıq", - R.Nəbitev qeyd edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox