AZ

Gözdən əlil şəxs sürücülük vəsiqəsi alıb - Agentlik sədri

 

fe8a7072d335db943c7ba6d5464f378f.jpg
16.09.2021 13:15

Bu il saxta əlillik alan 266 nəfərlə bağlı Baş prokurorluğa məlumat göndərilib.

 

TED.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

 

O bildirib ki, saxta əlilliyin müəyyən edilməsi üçün sənədlər Təhsil Nazirliyinin, Dövlət Yol Polisi, Səhiyyə Nazirliyi və digər qurumların sistemləri vasitəsilə yoxlanılır: "Məsələn, Forma-88-də gözdən əlilliyi olan şəxs araşdırılarkən məlum olub ki, iki ay əvvəl sürücülük vəsiqəsi alıb. Bu cür şəxslərin əlilliyi dayandırılır.


2006-cı ildə əlilliyi təsdiqlənən 193 min nəfərin 5 illik əlillik müddəti bitib. Bu vaxta qədər onlardan cəmi 30 faizi yenidən müraciət edib".

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox