AZ

Facebook-un keçmiş əməkdaşı şirkət barəsində vacib sənədləri hüquq-mühafizə orqanlarına təqdim edib

 

4458f4cf85345a287c550aa2109d920d.png
14.10.2021 12:59

Facebook-un məlumatlar analizi üzrə keçmiş əməkdaşı Sophie Zhang bildirib ki, o, Facebook-un potensial cinayət əməlləri barəsində detallı dokumentasiyanı ABŞ-ın hüquq-mühafizə orqanlarına təqdim edib. Bundan əlavə olaraq o, ABŞ Konqressi qarşısında ifadə vermək üçün hazır olduğunu da qeyd edib. Bu barədə Business Insider saytı xəbər verib. Sophie Zhang CNN-ə müsahibə verən zaman qeyd edib ki, o, ABŞ-ın 2 böyük siyasi partiyasının Facebook məsələsində bir araya gəldiyini müsbət qarşılayır. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Facebook-un digər keçmiş əməkdaşı olan Frances Haugen ABŞ Senatı qarşısında çıxış etmişdi.

 

Öz çıxışı zamanı Frances Haugen bildirmişdi ki, şirkətin əsas prioriteti istifadəçilərin Facebook və Instagram platformalarındakı təhlükəsizlikləri deyil. Şirkətin əsas prioriteti yüksək gəlirlərdir. Sophie Zhang 2020-ci ilin avqust ayında Facebook şirkətindən qovulub. Lakin işdən ayrılmamışdan öncə o, 7800 sözdən ibarət xüsusi qeydi təqdim edib. Zhang-ın fərdi fikirlərə əsaslanaraq tərtib etdiyi qeyddə o, şirkətin bütün dünyadan olan avtoritar rejimlərə öz platformasından istədikləri kimi manipulyasiya etmələrinə imkan verməsini detallı şəkildə açıqlayıb. Bu məsələ ilə bağlı mövcud sənədləri o, hüquq-mühafizə orqanlarına təqdim edib. “Əllərimdə qan var” – deyə Zhang həmin qeydə əlavə də edib.

 

Ümumilikdə şirkət il ərzində istehsal olunan 320 milyon ədəd smartfon göstəricisinə hədəflənib. Bu cür göstəricini qatlana bilən smartfonların istehsalı sayəsində əldə etmək olar. Belə ki, bütün dünyada bu cür smartfonların məşhurluqları getdikcə artır. Onu da qeyd etmək lazımdır ki, Samsung AMD ilə xüsusi müqavilə bağlayıb və bu müqavilə çərçivəsində AMD şirkəti Exynos 2200 flaqman prosessoru üçün qrafik çip hazırlamalıdır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox