AZ

Sabah Bakıda yağış yağacaq

 

abfee196f2f6e650d5b9853dd2fd5f15.jpg
18.10.2021 12:58

Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

 

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.

 

Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.

 

Abşeron yarımadasında Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət 70-80 % olacaq.

 

Oktyabrın 19-da Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox