AZ

"Netflix"in dünyadakı abunəçilərinin sayı 214 milyonu ötüb

 

f789fbdb119990d8359e526cb8e87e61.jpg
20.10.2021 10:57

Dünyada ABŞ-ın "Netflix" korporasiyasının ödənişli abunəçilik xidmətlərindən istifadə edənlərinin sayı 214 milyonu ötüb.

 

TED.az-ın məlumatına görə, bu barədə korporasiyasının son rüb üzrə hesabatında deyilir.

 

Bildirilir ki, sentyabrın 30-u bitən 3 aylıq dövr ərzində "Netflix"in abunəçilərinin sayı 4,4 milyon artıb. Təqdim edilən proqnozlara əsasən, bu ilin dördüncü rübünün sonuna qədər abunəçilərin sayı daha 8,5 milyon artaraq 222 milyona çatacaq.

 

Qeyd edilir ki, hesabat dövrü ərzində şirkətin gəliri 7,4 milyard dollar, qazancı isə 1,4 milyard dollar təşkil edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox