5 Avqust - Beynəlxalq İşıqfor Günü

İşıqfor (svetafor) yol hərəkətini tənzimləmək üçün kəşf edilən hələ ki, ən mükəmməl qurğu olaraq qalmaqdadır.
İşıqforların tarixi haqqında danışılan zaman ən çox adı hallanan şəxsiyyət amerikalı mühəndis Garrett Mоrgandır. O, “işıqforun atası” hesab edilir və 1925-ci ildən sonra dünyada quraşdırılan işıqforlar Mоrganın sxemi əsasında düzəldilirdi. Morganın potentinin hesabına General Electric ABŞ-da işıqfor istesalı üzrə monopolistə çevrilir, Morgan isə ilk qaradərili milyonerlərindən biri olur.
İlk işıqfor Britaniyalı J. P. Knight tərəfindən XIX əsrdə ixtira olunub. Əllə idarə olunan bu işıqforu insanlar ilk dəfə 1868-ci ildə Londonda İngiltərə parlamentinin binası önündə görüblər.
İlk avtomatik sistemlə işləyən işıqfor…
İlk avtomatik sistemlə işləyən işıqfor 1910-cu ildə Earnest Sirrine tərəfindən icad edilib. Yalnız “stop” və “proceed” yazılarından ibarət olan bu işıqforda rənglər yox idi və insan tərəfindən heç bir müdaxiləyə ehtiyac olmadan işıqfor müəyən edilmiş vaxtda özü yazılara keçid edə bilirdi.
1914-cü ilin bu günündə isə Klivlenddə (ABŞ) insan müdaxiləsi olmadan ilk elektriklə işləyən işıqfor James Hoge tərəfindəndən quraşdırılır. Yalnız 2 rəng - qırmızı və yaşıl işıqlardan ibarət olan işıqfor bir işıqdan digərinə keçərkən səs siqnalı verirdi. Sistem şüşə qutuda oturan polis tərəfindən idarə olunurdu.
1920-ci ildə isə ilk dəfə William Potts və John F. Harriss tərəfindən üç rəngli (qırmzı, sarı, yaşıl) işıqfor Detroyt və Nyu York şəhərlərində yaradıldı.
İşıqforda niyə məhz qırmızı, yaşıl və sarı rənglərdən istifadə edilir?
Qırmızı – təhlükə rəngidir. Bu rəng gecə və gündüz, yağışda və dumanda yaxşı görünür və buna görə də qadağa işarəsi üçün ideal rəng hesab edilir. Yaşıl rəng isə qırmızıdan tamamilə seçilir və onları qarışdırmaq mümkün deyil. Bu iki rəngin ortasında olan sarı rəngsə diqqət cəlb edən rənglərdən biridir və sürücüləri diqqətli olmağa çağırır.
Dünyada ən ensiz küçə kimi tanınan Çexiyanın paytaxtı Praqa şəhərindəki “Vinarna Certovka” küçəsində piyadalar üçün xüsusi işıqfor quraşdırılıb. Çünki bu küçədən eyni vaxtda iki nəfər keçə bilmir və yalnız işıqforun köməyi ilə növbəli keçmək mümkündü.
Texnologiya bölməsindən digər xəbərlər
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir


Çin robotlarında "arxa qapı" tapıldı


NATO “Palantir”dən SZ əsaslı hərbi sistem alıb


Cənubi Koreya SZ ilə işləyən yeni radarı sınaqdan keçirib


KAI avtonom pilot sistemi K-AILOT-u inkişaf etdirir


"Google" itirilmiş cihazların axtarış funksiyasını yaxşılaşdırdı


"Windows" istifadəçiləri izləyən casus proqram təqdim etdi

KOBİA-nın sədrinə yeni I müavin təyin edilib


AMB "Bakı Kart"a qarşı tədbir görüb


Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir


Nazir müavini: Özəl sektor süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşmalıdır


Nazir: Əmək münasibətlərində rəqəmsal texnologiyaların tətbiqi sahəsində mühüm nailiyyətlər əldə olunub


Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub


Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir


Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər


Ombudsman: Rəqəmsal texnologiyalardan istifadə əmək hüququ və məşğulluq sahəsində yeni yanaşmaların tətbiqini vacib edir


Dövriyyədə olan ödəniş kartlarının sayı artıb


Uşaqların I sinfə qəbulu prosesi başlayır


Həftənin ən çox oxunanları
Rezidentura imtahanı elektronlaşdırılacaq


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


"Bitcoin"in qiyməti 90 min dolları keçdi


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


Məzunların Azərbaycan dili imtahanından nəticələri daha da yaxşılaşıb - Məleykə Abbaszadə


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb


Saxta kredit elanı verərək bank kartlarını talayan şəxs saxlanılıb


Binəqədidə silah-sursat aşkarlanıb

