AZ

Azad edilmiş ərazilərə səyahətlər birgünlük olacaq - DİN

 

f99f42f67e4b51322ac0b23d488eeccf.png
18.01.2022 13:15

Azərbaycanın azad edilmiş ərazilərində bütün istiqamətlər üzrə səyahətlər bir gün ərzində keçiriləcək.

 

TED.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

 

"Ağdamda hazırda vətəndaşların yaşayışı üçün infrastruktur yoxdur. Şuşada müəyyən infrastruktur olsa da, bu marşrut orada yaşayışı nəzərdə tutmur. Bütün istiqamətlər üzrə səyahətlər bir gün ərzində keçiriləcək, vətəndaşlar həmin gün geri qayıdacaq. Yaşayış imkanları, əlbəttə, nəzərdən keçiriləcək, amma birinci mərhələdə nəzərdə tutulmur", - deyə o bildirib.

 

Qeyd edək ki, yanvarın 24-dən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox