AZ

Hesab.az-dan 14 AZN cashback fürsəti

 

551e2dc463dbe2e643049638301cf5b7.png
18.01.2022 16:57

Hesab.az onlayn xidmətlər platforması və Mastercard-ın hər kəs üçün sərfəli cashback kampaniyası qazandırmağa davam edir.

 

Kampaniyada iştirak edən istifadəçilər 3 ay boyunca Hesab.az və Mastercard-dan cashback əldə edəcəklər. Bütün istifadəçilər kampaniyaya 2 müxtəlif Təkrarlanan Avtomatik ödəniş ilə qatılırlar. Bu zaman iştirakçılar hər ödənişdən 7 AZN, ümumilikdə isə 14 AZN cashback qazanırlar. Kampaniyaya aşağıdakı qaydada qatılmaq mümkündür:

 

İlk öncə Mastercard və ya Maestro kartını “Kartlarım” bölməsində Masterpass altında yadda saxlamaq;

 

Daha sonra “Avtomatik ödənişlər” bölməsində kommunal, mobil, internet, kabel TV, stasionar telefon, mağaza kreditləri və ya bank xidmətləri üzrə Avtomatik ödəniş daxil etmək;

 

Avtomatik ödənişi qrafik və ya borc üzrə təkrarlanan formada təyin etmək və ödəniş üsulu olaraq Masterpass kartını seçmək;

 

Ödənişin minimum 10 AZN məbləğində olmasından əmin olmaq.

 

Qeyd edək ki, kampaniya şərtlərinə uyğun Avtomatik ödəniş daxil edən iştirakçıların cashback-i hər ödənişdən sonra Hesab.az-da Koin hesablarına anında köçürüləcəkdir.

 

Kampaniya haqqında daha ətraflı: LİNK

 

Avtomatik ödənişin necə əlavə edilməsini bilmək üçün: LİNK

 

GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.

TED + bölməsindən digər xəbərlər

Daha çox