AZ

Məişət kondisionerlərinin idxalı artıb

b7d00b1baf5a4995bac12030198db5f0.jpg
18.01.2022 21:47

2020-ci ilin yanvar-noyabr ayı ilə müqayisədə ötən ilin ilk on bir ayında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 2,2 faiz, paltaryuyan maşınların 20 faiz, məişət soyuducularının isə 1,6 dəfə artıb.

 

TED.az  Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında hesablama maşınları, blok və qurğularının idxalında 6 faiz artım müşahidə olunub.

 

Qeyd edək ki, idxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox