AZ

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

 

18550fae213aa2b2ff8b77a2f91178b9.png
13.05.2022 20:20

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti onlayn astroseminar keçirilib.

 

Rəsədxanadan TED.az-a bildirilib ki, seminarda baş direktor AMEA-nın müxbir üzvü Namiq Cəlilov məruzənin mövzusu haqqında məlumat verib.

 

Sonra rəsədxananın Planetlər və kiçik səma cisimləri şöbəsinin baş elmi işçisi AMEA-nın müxbir üzvü Əyyub Quliyev və fəlsəfə doktoru Rüstəm Quliyev “Qısa perihelli kometa qruplarının mənşəyi” mövzusunda məruzə ilə çıxış ediblər.

 

Məruzəçi kometaların yaranması ilə bağlı alimlərin irəli sürdüyü nəzəriyyələri diqqətə çatdırıb. Daha sonra isə qısa perihelli kometa qruplarının təsnifatı haqqında danışıb.

 

Seminarda mövzu ətrafında geniş diskussiya aparılıb və suallar cavablandırılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox