DOST İş Mərkəzində işə qəbul necə aparılır? – Nazirlik Ucar sakinlərinin şikayətinə münasibət bildirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İşsizin DOST-u proqramının Ucarda icrasında neqativ hallara yol verildiyi barədə bir qrup sakinin mətbuatda dərc olunan şikayətinə münasibət bildirib.
TED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov qeyd edib ki, həmin fikirlər subyektiv xarakterli olmaqla heç bir fakta əsaslanmır: “Ucar rayonunda 307 nəfər şəxs proqram əsasında ödənişli ictimai işlərə cəlb edilib. Yəni həmin şikayətdə qeyd edildiyi kimi, ictimai işçilərin sayı 540 nəfər deyil”.
F.Talıbov işə qəbul mexanimzi barədə məlumat verib: “İşsizin DOST-u proqramı əsasında işə cəlb olunanlar məhz məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir. Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə DOST İş Mərkəzində əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartını bank yalnız vətəndaşın özünə verir. Kartı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini təqdim edir, müvafiq sənədə imza atır”.
“İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı Birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edir. Həmin işçi qüvvəsinin işə davamiyyətinə, tapşırılan işləri yerinə yetirmələrinə nəzarəti də məhz həmin qurumlar icraçı qismində həyata keçirirlər. Yəni DOST İş Mərkəzi ilə sözügedən qurumlar arasında bağlanan sazişə əsasən işçi qüvvəsi DOST İŞ Mərkəzinin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların nizam-intizamına və gündəlik fəaliyyətinə yerli icraçı qurumlar birbaşa cavabdehlik daşıyır”, - deyə F.Talıbov qeyd edib.
Nazirliyinin şöbə müdiri əlavə edib ki, bütün işçilər icraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər: “Hər ayın sonunda icraçının təqdim etdiyi davamiyyət cədvəllərinə (tabellərə) əsasən ictimai işçilərin əmək haqları birbaşa kartlarına köçürülür. Davamiyyət cədvəlləri olmadan əmək haqqı köçürülmür. Əgər hansısa işçi üzrsüz səbəbdən işə çıxmırsa, məhz icraçının müraciəti ilə həmin işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilir”.
F.Talıbov əlavə edib ki, DOST İş Mərkəzi də daxili icraat qaydasında işçilərə mütəmadi nəzarət edir, monitorinqlər keçirir, çatışmazlıqlar barədə icraçı təşkilatlara məlumat verir.
Qeyd edək ki, bu günlərdə mətbuatda İşsizin DOST-u proqramı ilə bağlı bir qrup Ucar sakininin narazılığını əks etdirən şikayət xarakterli məlumatlar dərc olunub. Şikayətçilər DOST İş Mərkəzində işə qəbul prosesində neqativ hallara yol verildiyini iddia ediblər. Sakinlər bu mərkəzdə ictimai işlə təmin edilənlərdən yalnız bir hissəsinin real əmək fəaliyyəti ilə məşğul olduğunu, digərlərinin isə formal ictimai işçi statusunu əldə etdiyini bildiriblər.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Honda Yeni Mini Elektrikli Avtomobilini Elan Edib: N-ONE e


Nothing Ear 3 təqdim olunur


Ford Focus tarixə çevrilir


iPhone Air gözlənilən uğura nail oldumu?


iPhone Air əyilə bilərmi?


iPhone Air və Galaxy S25 Edge müqayisə edildi!


Facebook-un yeni funksiyası narazılıqla qarşılanıb


Tesla köhnə modellərini unutmadı!


Bu ölkə AI naziri təyin etdi!


Huawei, Avropada üç Aito Electric yolsuzluq avtomobilini elan etdi!


Dünyanın ən çox satılan PlayStation oyunları açıqlanıb


Windows-da SSD probleminin mənbəyi müəyyən edildi!


OPPO Find X9 və X9 Pro batareya tutumları təsdiqləndi!


OnePlus flaqmanı üçün 165Hz displey təklif edə bilər!


vivo X300 Pro AnTuTu testində aşkar edilib!


Yuxu Hesabı xüsusiyyəti bu Apple Watch modellərində mövcud olacaq!


Türkiyədə istehsal olunacaq Ioniq 3 açıqlandı


Google AI Plus paketini buraxdı!


Yeni Ferrari Testarossa at gücü rekordları qıracaq


iPhone 17 bu xüsusiyyəti ilə S25 Ultra-nı üstələyir!


NASA Marsda həyatın olduğunu sübut edə bilər!


Yeni Apple Saatları Sağlamlıqda Fərqlilik Yaradacaq


Yeni Android Auto yeniləməsi çox da qənaətbəxş deyildi


Togg öz süni intellekt platforması Can.ai-ni işə salır


Galaxy S24 üçün yeni One UI 8 Beta buraxıldı!


iPhone 17 Pro Apple M4 MacBook Pro-dan daha sürətlidir


Tesla gözlənilməz zərbə aldı!


Google Gemini çox tələb olunan yeniliyi təqdim edir


Beats iPhone 17 aksesuarlarını təqdim etdi


Canlı Tərcümə AirPods Pro 2 və AirPods 4 üçün də mövcuddur!


Həftənin ən çox oxunanları
Oppo F31 seriyası qiyməti ilə təəccübləndirəcək


Yeni Mercedes-Benz GLC


OpenAI 115 milyard dollar sərmayə qoyur


Çin Apple kəşfiyyatı ilə məşğuldur!


TCL uşaqlar üçün MOVETIME MT48 ağıllı saatını təqdim edir


Anti-AI tərtibatçıları işdən çıxarıldı!


Xiaomi 16 hələ də ən yuvarlaq künclərə sahib olacaq


2026 Renault Clio yeni dizaynı ilə təqdim olundu


Galaxy S26 Ultra-nın kamerası fərq yaradacaq


Yeni Porsche 911 Turbo S elan edildi

