AZ

Mühəndis-istehkamçıların peşəkarlıq səviyyəsi artırılır VİDEO

 

103a07935f384d2fded3411c81dab41b.jpg
21.07.2022 15:40

Bu ilin hazırlıq planına əsasən Mühəndis Qoşunlarında şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə müntəzəm olaraq nəzəri və praktiki dərslər, məşğələlər keçirilir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən TED.az-a bildiriblər ki, Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin də iştirakı ilə keçirilən dərslərdə hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

 

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçulara mühəndis-istehkam qurğularının taktiki-texniki xüsusiyyətləri və onlardan istifadə qaydalarının öyrədilməsi ilə şəxsi heyətin döyüş hazırlığının artırılmasından ibarətdir.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox