AZ

Sabah bəzi yerlərdə 42 dərəcə isti olacaq

fa293d0ac16dd6f23ea969158a5942ba.jpg
03.08.2022 11:57

Azərbaycanda avqustun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-26°, gündüz 32-37° isti, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu, nisbi rütubət 50-55 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

 

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacaq.

 

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 24-29° isti olacağı proqnozlaşdırılır.

 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 24-29° isti olacağı bildirilir.

 

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 34-39° isti olacağı ehtimal edilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.

 

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacağı proqnozlaşdırılır.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°, gündüz 31-36° isti, dağlarda gecə 20-23°, gündüz 25-30° isti olacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox