AZ

Nadir müşahidə olunan qalaktika - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

 

134e6c3c2ea121ea7b283cad4df1a5f7.jpg
05.08.2022 19:57

NASA “Araba Təkəri” (“Cartwheel”) qalaktikasının görüntüsünü paylaşıb. Kadrları ən müasir teleskoplardan sayılan “James Webb” Yerə yollayıb.

 

TED.az xəbər verir ki, alimlərin fikrincə, bu təsvir “Araba Təkəri”nin milyardlarla il ərzində necə dəyişdiyinə dair yeni bir fikri ortaya qoyur.

 

Qeyd edək ki, sözügedən qalaktika təxminən 500 milyon işıq ili uzaqlıqda yerləşir. Elm adamlarının sözlərinə görə, onun araba təkərinə bənzəyən görünüşü böyük spiral qalaktika ilə daha kiçik qalaktika arasında güclü toqquşma hadisəsinin nəticəsidir.

 

“Araba təkəri”nin iki halqası var – parlaq daxili və rəngli xarici. Bu fərqli xüsusiyyətlərə görə astronomlar onu “halqavari” adlandırırlar. Bu tip qalaktikalar bizim Süd Yolu kimi spiral qalaktikalardan daha az yayılıb.

 

Xatırladaq ki, bir neçə gün öncə NASA Süd Yolundan 2,5 milyon işıq ili uzaqlıqda yerləşən Andromeda qalaktikasının indiyə qədər dərc olunan ən böyük fotosunu paylaşıb.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox