AZ

Akademik: Ölkəmizin elm və təhsil ictimaiyyəti “EaPConnect” layihəsinin imkanlarından daha çox yararlana bilərdi

 

ccd35e321f089c3dbd6bddb1bf720a64.jpg
28.09.2022 12:20

“5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimində AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edib.

 

TED.az xəbər verir ki, akademik Azərbaycan Respublikasının 2009-cu ildə Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulan ölkələrdən biri olduğunu, bu tərəfdaşlıq çərçivəsində ölkəmizin Aİ ölkələri və institutları ilə müxtəlif sferalarda əməkdaşlıq münasibətləri qurduğunu söyləyib.

 

Alim Azərbaycanın 2010-cu ildən GEANT Assosiasiyasında İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsi vasitəsilə təmsil olunduğunu deyib.

 

R.Əliquliyev Azərbaycanda “EaPConnect” layihəsinə 2015-ci ildən start verildiyini bildirərək ötən müddət ərzində bu layihə çərçivəsində həyata keçirilmiş mühüm işləri diqqətə çatdırıb, Avropa Komissiyasına, GEANT və “EaPConnect” layihəsinin menecerlərinə göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirdi.

 

“Ölkəmizin elm və təhsil ictimaiyyəti “EaPConnect” layihəsinin imkanlarından daha çox yararlana bilərdi”, - deyən AMEA-nın vitse-prezidenti Azərbaycanda alimlərin, müəllimlərin, tələbələrin qarşısında duran əsas problemlərdən söz açıb, ölkəmizin elm və təhsil ictimaiyyətinin dünya elminə daha sürətli inteqrasiyası istiqamətində konkret təkliflər irəli sürdü.

 

Akademik iki gün ərzində elm və təhsil üçün mühüm əhəmiyyət kəsb edən, qlobal çağırışlar və rəqəmsal transformasiyalar kontekstində əhəmiyyətli məruzələrin təqdim olunacağını deyib, konfransın işinə uğurlar arzulayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox