AZ

Azərbaycan lideri: "Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq"

 
 

519c50345d53e2f0daf86e539b48c727.jpg
25.11.2022 15:57

"Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq".

 

TED.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

 

Ağalı kəndinin sakinlərinin artıq məskunlaşdıqlarını qeyd edən dövlət başçısı bildirib: “Bu, yalnız Qarabağın işğalı dövründə əziyyət çəkmiş keçmiş köçkünlər qarşısında bizim mənəvi borcumuzun təzahürü deyil. Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik”.

TED + bölməsindən digər xəbərlər

Daha çox