AZ

Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisi işlərinə başlanılıb

f178d7bdaddc5b460ea5416a4a3d33e8.jpg
25.11.2022 19:20
Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin işlərinə başlanılıb.
 
TED.az-ın məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
 
Nazir bildirib ki, Şuşa və Füzulidə məktəb tikintisi növbəti tədris ilinin əvvəlinə kimi bitəcək.
 
“Digər məktəblərin də layihələndirmə işlərinə başlanılacaq. Ən müasir və ən yaxşı təchiz olunmuş infrastruktur qurulacaq. Kifayət qədər müəllimlərimiz var ki, həmin məktəblərdə işləməyə hazırdırlar”, - deyə E.Əmrullayev əlavə edib.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox