AZ

“WhatsApp”a yeni funksiya əlavə olunub

 

61bd2006fb6f203a78dda177894a4362.jpg
30.01.2023 14:00

“WhatsApp” messencerinə yeni funksiya əlavə olunacaq, onun sayəsində istifadəçilər elan qruplarında olan paylaşımlara reaksiyalar göndərə biləcəklər, TED.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

 

Yenilik hələki inkişaf mərhələsindədir və hazırda geniş istifadəçilər üçün əlçatan deyil. Portal messencerin beta versiyasında görünməsi barədə əlavə məlumat verəcək.

 

Yanvarın 19-da məlum olub ki, “WhatsApp” artıq özünə mesaj göndərməyə imkan verir. Bunun üçün tətbiqi “Google Play” və ya “AppStore”da ən son versiyaya yeniləməlisiniz. Qeyd olunur ki, “Özünə yaz” funksiyası istifadəçinin itirmək istəmədiyi qeydlər və keçidlər üçün universal bloknot rolunu oynaya bilər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox