AZ

“StartUp School” fəaliyyətə başlayır

7107adcc9482a135de5c36e284c14994.png
17.02.2023 18:20

“Enterprise Azerbaijan” portalı və ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” “StartUp School” layihəsinə start verir.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən TED.az-a bildirilib ki, startaplara ABŞ, Türkiyə, İsrail və Azərbaycandan olan mentorlar tərəfindən təlim keçiriləcək, kursu bitirənlərə beynəlxalq səviyyəli sertifikat veriləcək.

 

I yerin qalibi ABŞ-da I2B treninqdə iştirak edə biləcək, II və III yerlərin qaliblərinə KOBİA və Dövlət Məşğulluq Agentliyi tərəfindən hədiyyə, 9 layihəyə isə KOBİA-nın “Startap Şəhadətnaməsi” veriləcək.

 

Həmçinin II və III yerlərin qaliblərinə “Sabah.lab”ın akselerasiya proqramında, 9 layihəyə “Sabah.lab”ın mentorluq proqramında iştirak imkanı yaradılacaq, “Fintech” nominasiyasında seçilən komandaya “PAŞA Bank” da təcrübə keçmək imkanı təqdim olunacaq.

 

“StartUp School”a fevralın 17-dən yaş məhdudiyyəti olmadan ideyası və startapı olan hər kəs müraciət edə bilər.

TED + bölməsindən digər xəbərlər

Daha çox