“Baktelecom”un Çağrı Mərkəzi 2023-cü ildə 700 minə yaxın zəng emal edib

“Bakı Telefon Rabitəsi” MMC müştəri məmnuniyyətinin yüksəldilməsini əsas götürərək Çağrı Mərkəzi vasitəsilə aparılan xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən TED.az-a bildirilib ki, bu məqsədlə müraciətlərin Avtomat Telefon Stansiyası (ATS), Rabitə Xidmətləri Mərkəzləri (RXM) və filiallardan Çağrı Mərkəzinə yönləndirilməsi geniş şəkildə təşviq edilir. Müştərilərin rahatlığını və məmnunluğunu təmin etmək üçün ənənəvi Çağrı Mərkəzindən başqa baktelecom.az saytı və digər kanallar vasitəsilə də (sosial şəbəkə hesabları və elektron poçt ünvanı) müraciətlərin qəbulu təmin edilib.
Şirkətin 24/7 fəaliyyət göstərən “155” Çağrı Mərkəzi tərəfindən 2023-cü il ərzində 700 minə yaxın zəng emal edilib. Bu, ötən ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə 1,5 faiz çoxdur. Yaranmış tələbata müvafiq olaraq, 2023-cü il ərzində “Baktelecom”da Çağrı Mərkəzinin əməkdaşlarının sayı artırılıb və müraciətlərin operativ həll edilməsi indeksi 97 faizə çatıb.
Eyni zamanda, müştərilərə daha operativ xidmət göstərilməsi məqsədilə 2023-cü ildə aşağıdakı yeniliklər edilib:
- Səhv ödənişlərin təyinatı üzrə korreksiya prosesinin vahid mərkəzdən idarə olunması;
- Alternativ əlaqə kanalının istifadəyə verilməsi (onlayn müraciət);
- Müraciətlərin qeydiyyatı və həlli zamanı abunəçilərə SMS bildirişin göndərilməsi;
- Qoşulmasonrası müştəri məmnuniyyəti indeksinin ölçülməsi;
- Yaranmış borc məlumatlarının çatdırılmasının avtomatlaşdırılması (avtomatik zənglər).
Şirkətin göstərdiyi xidmətin keyfiyyətinin artırılması müştəri məmnuniyyətində də öz əksini tapıb. Belə ki, bu sahədə ixtisaslaşmış araşdırma şirkətinin apardığı sorğunun nəticələrinə əsasən, 2023-cü il ərzində “Baktelecom”un Müştəri Loyallığı İndeksində (Net Promoter Score/NPS) müsbət 9 bal artım qeydə alınıb.
Məlumat üçün bildirək ki, NPS dünya miqyasında bir çox aparıcı şirkətlər tərəfindən müştəri loyallığının ölçülməsi üçün tətbiq edilən bazar araşdırması göstəricisidir.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhərinin mövcud ev təsərrüfatı və biznes subyektlərinin 79,3 faizinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb. Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.
Ölkəmizin genişzolaqlı internetin sürəti ilə bağlı beynəlxalq hesabatlardakı göstəricisi əvvəlki aylarda olduğu kimi müsbət dinamika ilə davam edir. Belə ki, genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən ötən ilin dekabr ayında təqdim edilən hesabatda Azərbaycanda genişzolaqlı internetin sürətinin son 12 ayda artaraq orta hesabla 35,25 Mbit/s-i keçdiyi əksini tapıb. Bu isə ölkədə genişzolaqlı internetin sürətində illik 30 faiz artım deməkdir.
TED + bölməsindən digər xəbərlər
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir


Çin robotlarında "arxa qapı" tapıldı


NATO “Palantir”dən SZ əsaslı hərbi sistem alıb


Cənubi Koreya SZ ilə işləyən yeni radarı sınaqdan keçirib


KAI avtonom pilot sistemi K-AILOT-u inkişaf etdirir


"Google" itirilmiş cihazların axtarış funksiyasını yaxşılaşdırdı


"Windows" istifadəçiləri izləyən casus proqram təqdim etdi

KOBİA-nın sədrinə yeni I müavin təyin edilib


AMB "Bakı Kart"a qarşı tədbir görüb


Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir


Nazir müavini: Özəl sektor süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşmalıdır


Nazir: Əmək münasibətlərində rəqəmsal texnologiyaların tətbiqi sahəsində mühüm nailiyyətlər əldə olunub


Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub


Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir


Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər


Ombudsman: Rəqəmsal texnologiyalardan istifadə əmək hüququ və məşğulluq sahəsində yeni yanaşmaların tətbiqini vacib edir


Dövriyyədə olan ödəniş kartlarının sayı artıb


Uşaqların I sinfə qəbulu prosesi başlayır


Həftənin ən çox oxunanları
Rezidentura imtahanı elektronlaşdırılacaq


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


"Bitcoin"in qiyməti 90 min dolları keçdi


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


Məzunların Azərbaycan dili imtahanından nəticələri daha da yaxşılaşıb - Məleykə Abbaszadə


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb


Saxta kredit elanı verərək bank kartlarını talayan şəxs saxlanılıb


Binəqədidə silah-sursat aşkarlanıb

