AZ

“Kapital Bank”ın baş sponsorluğu ilə keçirilən Respublika fənn olimpiadaları yekunlaşıb

072f07a0725e34840a44f8fe2b1fc20b.jpg
23.05.2024 15:57

Ölkənin birinci bankı “Kapital Bank”ın baş sponsorluğu ilə Elm və Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üzrə keçirilən Respublika fənn olimpiadaları başa çatıb.

 

Ümumilikdə 62 mindən çox şagirdin qeydiyyatdan keçdiyi olimpiadalar 8-11-ci sinif şagirdləri arasında, 8 fənn üzrə, 143 mərkəzdə təşkil edilib. Şagirdlər biliklərini Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə 3 turda sınayıblar.

 

Fevralın 24-də respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib. Bu turda ümumilikdə 10 min 997 şagird iştirak etmək hüququ qazanıb. 28 aprel-7 may tarixlərində Bakı şəhərində keçirilən final turunda isə bu mərhələyə qatılan 1000-ə yaxın şagirddən 490 nəfəri qalib olub. Olimpiadanın nəticələri portal.edu.az platforması üzərindən elan edilib. Təhsilə dəstək “Kapital Bank”ın strateji planının bir hissəsidir. Məktəblilərin motivasiyası bu istiqamətdə xüsusi yer tutur. Bank bu kimi layihələrə dəstək olmaqla istedadlı şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını üzə çıxarmaq, eləcə də çalışqanlığı ilə seçilən məktəbliləri qiymətləndirməyi hədəfləyir. Artıq 7-ci ildir bu layihəyə sponsorluq edən “Kapital Bank”ın məqsədi şagirdləri ali təhsil almağa motivasiya etmək və uğurlu təhsil həyatının ardından onları əmək bazarına peşəkar mütəxəssis olaraq qazandırmaqdır.

 

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün—kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün —kbl.az/prcrc.

TED + bölməsindən digər xəbərlər

Daha çox