AZ

Azərbaycanda ailə həkimi informasiya sisteminin yaradılmasına başlanılıb

 

8e9155b54edb9e99a86daa0810127d46.jpg
31.01.2025 11:40

Ailə həkimi informasiya sisteminin yaradılmasına başlamışıq. Sistemin təxminən cari ilin iyununda hazır olması planlaşdırılır.

 

TED.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev yanvarın 30-da Milli Məclisdə keçirilən "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə deyib.

 

İsa Əliyev bildirib: “Səhiyyə Nazirliyi ilə birlikdə kadr məsələlərinin həlli istiqamətində işlər gedir. Həkimlərin Təkmilləşdirilməsi İnstitutu ilə bağlı müəyyən işlərin görülməsinə ehtiyac var. Çünki bizim həkimlər terapevtlər, pediatrlardır. Onların ailə həkimi kimi təkmilləşmələrinə ehtiyac var. Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda Ailə həkimi kafedrası və ixtisası var. Onların proqramı Ümumdünya Səhiyyə Təşkilatı ilə müqayisə edilib və məqbul hesab olunub”.

TED + bölməsindən digər xəbərlər

Daha çox