AZ

Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər saxlanılıb

2d9d6a6e174fe0f5da036117a42931ac.jpg
28.01.2025 13:35

Sosial şəbəkələrdə tanınmış şəxslərə onların profillərində olan dostlarının adından müraciət edərək pul istənilməsi və bu yolla kibertalama əməllərinin törədilməsi barədə polisə çoxsaylı şikayətlər daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, Bakı şəhəri ərazisində polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Eldəniz Mehrəliyev və 34 yaşlı Elnur Məmmədov saxlanılıblar.

 

Onların bu üsulla müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçirdikləri müəyyən edilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox