AZ

DİN süni intellektlə bağlı vətəndaşlara xəbərdarlıq edib

 

92e7d6e4dfa57d220c137ad87d383142.jpg
28.01.2025 10:20

Süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.

 

“Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər”, - deyə məlumatda bildirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox