AZ

"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihənin növbəti təlimi keçirilib

 

c63103bddeaa7814bd2f157984fa9e1f.jfif
27.01.2025 11:20

TED.az xəbər verir ki, bu dəfəki təlim "Master Klass Fəaliyyəti" mövzusunda keçirilib.

 

"Master Klass Fəaliyyəti" mövzusunda keçirilən təlimin əsas məqsədi iştirakçıların maraq dairələrini genişləndirmək və yeni biliklər qazandırmaq və ncəsənət sahəsində əsas praktiki bacarıqlar öyrətmək, yaradıcılığı və motivasiyanı təşviq etməkdən ibarətdir.

 

Xatırladırıq ki, layihə çərçivəsində məktəbin 5-6-cı sinif şagirdləri üçün qeyri-formal təhsil metodlarına əsaslanan kompleks fərdi inkişaf proqramı həyata keçiriləcəkdir. Bu proqram çərçivəsində şagirdlərin fiziki, sosial, intellektual, emosional və mənəvi inkişafını dəstəkləyən fəaliyyətlər planlaşdırılır. Layihə daxilində ilkin olaraq geniş təqdimatlar keçiriləcək, 30 şagird seçiləcək və onların inkişaf ehtiyaclarına uyğun olaraq təlim proqramları hazırlanacaq. Qeyri-formal təhsil metodlarını tətbiq edən klub yaradılacaq və 3 ay müddətində intensiv məşğələlər təşkil ediləcəkdir. Layihənin yekununda şagirdlər üçün 2-3 günlük yaz və ya yay məktəbinin təşkili nəzərdə tutulub. 

 

Qeyd edək ki, "Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə Tural Mehtiyev tərəfindən icra edilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox