AZ

Qanunsuz saxlanılan 4 avtomat, 10 tüfəng və 453 ədəd müxtəlif çaplı patron aşkarlanıb

 

3be43dbcc733c9f11f139dcad963527d.jpg
28.01.2025 11:40

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 

Nazirliyin mətbuat xidmətindən TED.az-a bildirilib ki, yanvarın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 10 tüfəng, 4 patron darağı və 453 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox