AZ

Nazirlik: Ötən il sosial sahə üzrə 400 min elektron arayış verilib

 

38c5275088b26d56ab11c5331a9b05c9.jpg
31.01.2025 11:20

2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 400 minədək elektron arayış verilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində 30-dan çox elektron arayış xidməti yaradılıb.

 

Həmin e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə elektron qaydada arayış əldə etməyə imkan verir.

TED + bölməsindən digər xəbərlər

Daha çox