AZ

Orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün təlimlər təşkil olunub

 

6335dd85a13672b2d827ff486d8d5c30.jpg
04.02.2025 13:50

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün təlimlərin keçirilməsinə başlanılıb.

 

Agentlikdən TED.az-a bildirilib ki, təlimlər orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həmin müəssisələrə rəhbərliyi həyata keçirən şəxslərin peşəkar bacarıqlarının artırılması məqsədilə keçirilir.

 

Təlimin ilk günündə iştirakçılar kredit sistemi ilə tədrisin təşkili, tədris sənədlərinin hazırlanması, təcrübənin təşkili və digər məsələlərlə bağlı məlumatlandırılıb.

 

Qeyd edək ki, orta ixtisas təhsilinin idarə olunması, insan resursları və hüquq, maliyyə savadlılığı, təhsildə keyfiyyətin təmin olunması, media və ictimaiyyətlə münasibətlər kimi müxtəlif mövzuları əhatə edən təlimlər 5 gün davam edəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox