AZ

Nazir müavini: Bu gün Azərbaycan əhalisi 99 faiz sürətli internetlə təmin olunur

 

fa841af78a845df05b80fc3df79cb5d9.jpg
04.09.2024 13:35

Ümid edirəm ki, gələn həftələr ərzində "Onlayn Azərbaycan" layihəsini başa çatacaq, bununla da evlərin 100 faiz sürətli internetlə təmin olunacaq. Bu gün Azərbaycan əhalisi 99 faiz sürətli internetlə təmin olunur. Həmçinin böyük məmnuniyyətlə bildirmək istərdim ki, ölkəmizdə hər bir kənddə genişzolaqlı internet bağlantısına çıxışı olacaq.

 

TED.az xəbər verir ki, bu fikirləri bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbirdə çıxışı zamanı söyləyib.

 

"Elm və təhsil Azərbaycanın rəqəmsallaşma və transformasiya sahəsində göstərdiyi səylər üçün olduqca zəruridir. Bu xüsusda insan resurslarının gücləndirilməsi bu prosesin ana xəttini təşkil edir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərlik etdiyi "Technest" Təqaüdü və Holberton Məktəbi kimi təşəbbüslər ixtisaslı işçi qüvvəsinin yaradılmasında mühüm rol oynayır.

 

Bu günədək Azərbaycanda "Technest" vasitəsilə 8000-dən çox təqaüd verilib. Holberton Məktəbi ölkənin texnoloji istedadını daha da zənginləşdirir, bu günə qədər 43 məzun və daha 88 nəfər hazırda davam edən kompüter elmləri və proqram təminatının inkişafı kurslarında iştirak edir", - deyə nazir müavini bildirib.

 

Azərbaycan Rəqəmsal Sənəd Dövriyyəsi layihəsi vasitəsilə daha davamlı və səmərəli idarəçiliyin yaradılması istiqamətində mühüm addımlar atıldığını vurğulayan Samir Məmmədov deyib: “Bu layihə hökumət qurumlarının əməkdaşlığında inqilab yaradan sürətli, təhlükəsiz və ekoloji cəhətdən təmiz bir həll təqdim edir. Hazırda Azərbaycanda 1000-dən çox təşkilat bu sistemə qoşulub və hər ay 500 000-dən çox sənəd rəqəmsal şəkildə işlənir. Bu, hər il 2000-dən çox ağacın xilas edilməsinə bərabərdir ki, bu da ekoloji məqsədlərimizə əhəmiyyətli töhfə verir.

 

Rəqəmsal Sənəd Dövriyyəsinin üstünlükləri aydındır: sənədlər dərhal çatdırılır, təhlükəsizlik gücləndirilir və kağızdan istifadə əhəmiyyətli dərəcədə azalır. Rəqəmsal Sənəd Dövriyyəsi ilə sənədlərin hazırlanması, göndərilməsi və təsdiqlənməsi daha sürətli, daha təhlükəsiz və asan olur. Bu, bizi həqiqətən sənədsiz hökumətə və davamlı rəqəmsal gələcəyə bir addım yaxınlaşdırır", - deyə Samir Məmmədov əlavə edib.

 
 

TED + bölməsindən digər xəbərlər

Daha çox