AZ

Hindistandakı “Samsung” zavodunun tətil edən işçiləri saxlanılıb

 

b0b5dd14919fc505522ba0f690d4939a.jpg
16.09.2024 13:35

“Samsung Electronics” kompaniyasının Hindistandakı zavodunda maaşların aşağı olması səbəbindən tətil edən yüzə yaxın işçi və həmkarlar ittifaqı liderləri saxlanılıb.

 

TED.az Reuters agentliyinə istinadla xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, işçilər rəsmi icazə olmadan yürüş keçirmək istəyiblər. Kancipuram rayon polis idarəsinin sözçüsü bildirib ki, 100-ə yaxın işçi "profilaktik həbsdə"dir. Digər təfərrüatlar açıqlanmayıb.

 

Koreya şirkətinin Tamiland ştatında yerləşən zavodunda tətil ötən həftənin əvvəlində başlayıb. Etirazçılar zavod binasının yaxınlığında çadırlar qurub, aksiyaya yüzlərlə insan cəlb olunub. Onlar maaşların artırılmasını və iş vaxtının azaldılmasını tələb edirlər.

 

Məişət texnikası, o cümlədən soyuducu və televizor istehsal edən bu zavodda ümumilikdə 1,8 min işçi çalışır. Müəssisənin Samsung şirkətinin Hindistandakı illik gəlirində payı 12 milyard dollardır.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox