AZ

Birləşmiş Ərəb Əmirliklərinin qonaqları indi pulsuz eSIM ilə qarşılanacaqlar

 

2fc9d1027ae268effed0f754e1b4ab50.png
18.09.2024 10:40

Birləşmiş Ərəb Əmirliklərinə səfər edən turistlər indi 10 GB data ilə pulsuz eSIM əldə edə bilərlər.

 

TED.az xarici mətbuata istinadla xəbər verir ki, “e&” şirkətinin təqdim etdiyi eSIM sadəcə QR kodu skan etməklə və üz tanıma texnologiyasının köməyi ilə problemsiz qoşulmaqla müstəqil şəkildə aktivləşdirilə bilər.

 

BƏƏ-nin ən böyük telekommunikasiya xidməti provayderinin verdiyi açıqlamada deyilir ki, ölkəyə gələn qonaqların immiqrasiya xidmətindən keçdikdən dərhal sonra pulsuz SIM kartlarını aktivləşdirə bilərlər. Bağlantı bir gün ərzində istifadə edilə bilər. Beləliklə, səyahətçilər dərhal yaxınları ilə əlaqə saxlaya və əsas xidmətlərdən istifadə edə bilərlər.

 

“e&” təşəbbüsü turistləri növbələrdə dayanmaqdan azad edəcək və ölkəyə gələn milyonlarla ziyarətçiyə fayda gətirəcək. Dubay İqtisadiyyat və Turizm Departamentinin dərc etdiyi son məlumatlara görə, keçən il təkcə Dubay 17,15 milyondan çox xarici turisti qəbul edib. BƏƏ-nin paytaxtı isə birgünlük gecələmə ilə gələn 3,8 milyon qonağı qəbul edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox