AZ

Bakıda, Abşeronda və Gəncədə bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

 

9155a84d5ee42848ab70d2ebd66d14e1.jpg
16.09.2024 12:20

Avqustun 30-da Masazır qəsəbəsi ərazisində bir nəfərin bank kartından 490 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 34 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

 

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində bir nəfərin bank kartından 55 manatını oğurlamaqda şübhəli bilinən 21 yaşlı C.Abbasov, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə sentyabrın 12-də şəhər ərazisində bir nəfərin bank kartından 91 manatını oğurlamaqda şübhəli bilinən 18 yaşlı A.Bəbirov və 22 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

 

Faktlarla bağlı araşdırma aparılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox